- Offside
- 17:36 22.07.2026
Azərbaycanın vinq çun üzrə milli komandası Çində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.
90deqiqe.Az xəbər verir ki, iyulun 21-dən 27-dək Çin Xalq Respublikasının Foşan şəhərində Beynəlxalq Uşu Federasiyasının (IWUF) təşkilatçılığı ilə vinq çun üzrə beynəlxalq turnir keçiriləcək.
Nüfuzlu yarışda Azərbaycanı 12 idmançı və iki məşqçidən ibarət milli komanda təmsil edəcək. Yığmamız həm Çisao (sərbəst döyüş), həm də Taolu (standartlaşdırılmış kompleks hərəkətlərin nümayişi) proqramlarında mübarizə aparacaq.
Azərbaycan nümayəndə heyətinə Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının prezidenti Asif Sayadov, Azərbaycan Uşu Federasiyasının prezidenti Azər Həsənsoy və Azərbaycan Vinq Çun Federasiyasının beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Ramin Əliyev rəhbərlik edəcəklər.
Milli komandanın turnirdə iştirakı Gənclər və İdman Nazirliyi, Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası və Azərbaycan Uşu Federasiyasının dəstəyi ilə təmin olunub.
Qeyd edək ki, Foşan şəhəri vinq çun döyüş sənətinin tarixi mərkəzlərindən biri hesab olunur. Bu səbəbdən yarışın məhz burada keçirilməsi turnirə xüsusi əhəmiyyət qazandırır.