- Offside
- 17:36 22.07.2026
"Neftçi"nin qadın futbolçulardan ibarət komandası UEFA Qadınlar Çempionlar Liqasının 2026/2027 mövsümünə uğurlu start verib.
90deqiqe.Az xəbər verir ki, Azərbaycan çempionu I təsnifat mərhələsinin 1-ci qrupunun yarımfinalında Monteneqronun "Buduçnost" komandası ilə üz-üzə gəlib.
Yunanıstanın Veria şəhərində keçirilən qarşılaşmanın əsas və əlavə vaxtında hesab açılmayıb. Qalib penaltilər seriyasında müəyyənləşib.
11 metrlik cərimə zərbələrində daha dəqiq oynayan "Neftçi" 4:3 hesablı qələbə qazanaraq növbəti mərhələyə vəsiqə əldə edib.
Bakı təmsilçisi II raundda Yunanıstanın PAOK və İsrailin "Hapoel" (Yerusəlim) komandaları arasında keçiriləcək digər yarımfinal görüşünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, final matçının qalibi UEFA Qadınlar Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksələcək.