- Offside
- 23:39 22.07.2026
Azərbaycan üzgüçülərinin iyul ayında beynəlxalq yarışlarda qazandıqları medalların sayı açıqlanıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyası məlumat yayıb.
Bildirilib ki, ölkə təmsilçiləri cari ay ərzində ümumilikdə 60 medal qazanıblar.
Qazanılan mükafatların böyük əksəriyyəti – 55-i Gürcüstanın Kutaisi şəhərində keçirilən beynəlxalq turnirdə əldə olunub.
Qeyd edək ki, Azərbaycan üzgüçüləri son aylarda beynəlxalq yarışlarda uğurlu çıxışlarını davam etdirərək medal kolleksiyalarını zənginləşdirirlər.