- Offside
- 23:39 22.07.2026
Qadın cüdoçulardan ibarət Azərbaycan milli komandası Bakıda keçiriləcək dünya çempionatına hazırlığını davam etdirir.
90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, yığma komandanın növbəti təlim-məşq toplanışı Şamaxıda keçirilir.
Hazırlıq prosesi çərçivəsində əsas diqqət idmançıların fiziki hazırlıq səviyyəsinin yüksəldilməsinə yönəldilib. Məşqlər dözümlülük, güc və funksional hazırlığın inkişafı istiqamətində təşkil olunur.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-dən 11-dək Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək.