23 iyul 2026. Cümə axşamı

İki tanınmış tennisçi Vaşinqton turnirindən geri çəkildi


  • Offside
  • 23:39 22.07.2026
  • Oxunma sayı: 22
İki tanınmış tennisçi Vaşinqton turnirindən geri çəkildi

Dünya reytinqində səkkizinci pillədə qərarlaşan rusiyalı tennisçi Daniil Medvedev ABŞ-nin Vaşinqton şəhərində keçiriləcək nüfuzlu turnirdə iştirak etməyəcək.

90deqiqe.Az-ın məlumatına görə,, Medvedevlə yanaşı, dünya reytinqində dördüncü yerdə olan kanadalı tennisçi Feliks Oje-Alyassim də yarışdan geri çəkilib. Hər iki idmançının turnirdən imtina səbəbi açıqlanmayıb.

Vaşinqton turniri iyulun 27-dən avqustun 2-dək keçiriləcək. Yarışın əsas favoriti və bir nömrəli səpələnmiş tennisçisi hazırkı çempion, dünya reytinqində beşinci pillədə qərarlaşan avstraliyalı Aleks de Minor olacaq.

Qeyd edək ki, Daniil Medvedev Uimbldon turnirinin üçüncü mərhələsində Almaniya təmsilçisi Yan-Lennard Ştruffa məğlub olub. Görüş Ştruffun 7:6 (7:4), 7:6 (7:5), 7:5 hesablı qələbəsi ilə başa çatıb.

Rusiyalı tennisçi ot örtüklü mövsümün əsas turnirindən sonra digər yarışlarda iştirak etməyib.







Offside