- Offside
- 17:40 23.07.2026
"Azərbaycan Şahmat Turu" çərçivəsində təşkil olunan "Shamakhi Open 2026" Beynəlxalq Şahmat Festivalına yekun vurulub.
90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.
Doqquz turdan sonra 8 xal toplayan Əhməd Əhmədzadə turnirin qalibi adını qazanıb. Yeddi xal toplayan Vüqar Manafov və Xəzər Babazadə isə ikinci və üçüncü yerləri bölüşüblər.
Festival çərçivəsində rapid və blits yarışları da təşkil olunub. Rapid üzrə birinciliyi Xəzər Babazadə, blits yarışında isə Tunar Davudov qazanıb.
Yarışın bağlanış mərasimində qalib və mükafatçılar diplom, medal və pul mükafatları ilə təltif olunublar. Turnirin qalibi Əhməd Əhmədzadə 5 min manat məbləğində pul mükafatına layiq görülüb.
Qeyd edək ki, "Shamakhi Open 2026" Beynəlxalq Şahmat Festivalında ümumilikdə 107 şahmatçı iştirak edib. "Azərbaycan Şahmat Turu"nun növbəti mərhələsi "Vugar Gashimov Open" turniri olacaq.