23 iyul 2026. Cümə axşamı

Bakıda avarçəkmə və kanoe üzrə açıq çempionat keçiriləcək


  • Offside
  • 13:33 23.07.2026
  • Oxunma sayı: 31
Bakıda avarçəkmə və kanoe üzrə açıq çempionat keçiriləcək

Bakıda avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı təşkil olunacaq.

90deqiqe.Az xəbər verir ki, yarış iyulun 28-də Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.

Federasiyanın yaydığı məlumata görə, çempionat Bakı bulvarında, Azərbaycan Su İdman Növləri Federasiyasının inzibati binasının qarşısında, "Suraxanı" gəmi-muzeyinin yaxınlığında baş tutacaq.

Yarışda Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın idmançı qüvvəsini sınayacaq. İştirakçılar akademik avarçəkmə və kanoe növlərində birnəfərlik qayıqlarda, kayak yarışlarında isə həm birnəfərlik, həm də ikinəfərlik qayıqlarda 500 metr məsafəyə mübarizə aparacaqlar.

Bundan əlavə, yarış proqramına ilk dəfə qarışıq (mix) kateqoriyası da daxil edilib.

Çempionatın qalib və mükafatçıları diplom və medallarla təltif olunacaqlar.

Qeyd edək ki, yarışın əsas məqsədi idmançıların hazırlıq səviyyəsinin qiymətləndirilməsi, eləcə də onlar arasında rəqabət mühitinin daha da gücləndirilməsidir.







Offside