- Offside
- 17:40 23.07.2026
Azərbaycanın paracüdo üzrə kişi və qadın milli komandaları növbəti təlim-məşq toplanışına start verəcəklər.
90deqiqe.Az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, kişilərdən ibarət yığma Göygöl Olimpiya İdman Kompleksində, qadınlardan ibarət milli isə Quba Olimpiya İdman Kompleksində hazırlıq keçəcək.
Kişi paracüdoçuların heyətində İlham Zəkiyev (J1, +95 kq), Mehman Hüseynov (J1, +95 kq), Əbdülərrəhman Rzazadə (J1, 70 kq), İsmayıl Muradov (J1, 70 kq), Saleh Sultanov (J1, 81 kq) və Hüseyn İsmayılzadə (J2, 70 kq) yer alıblar.
Qadınlardan ibarət yığmada isə Xatirə İsmiyeva (J1, +70 kq) və Dürsədəf Kərimova (J2, +70 kq) məşqlərdə iştirak edəcəklər.
Qeyd edək ki, kişilərdən ibarət paracüdo millisinin baş məşqçisi İbrahim İbrahimov, qadınlardan ibarət yığmanın baş məşqçisi isə Ramin İbrahimovdur.