- Offside
- 23:02 25.07.2026
Dünya reytinqinin lideri, italiyalı tennisçi Yannik Sinner və "Böyük Dəbilqə" turnirlərinin 24 qat qalibi Novak Cokoviç Kanadanın Monreal şəhərində keçiriləcək "Masters" turnirində iştirak etməyəcəklər.
90deqiqe.Az xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, hər iki tennisçi qarşıdakı turnirdən rəsmi şəkildə geri çəkilib.
Beləliklə, turnirin bir nömrəli seriyabaşı Almaniya təmsilçisi Aleksandr Zverev olacaq. İkinci seriyabaşı isə kanadalı Feliks Oje-Alyassim olacaq.
Qeyd edək ki, Yannik Sinner və Novak Cokoviç ötən il də Monreal "Masters"ində iştirak etməmişdilər.
Xatırladaq ki, turnir avqustun 2-dən 13-dək keçiriləcək. Yarışın son qalibi ABŞ təmsilçisi Ben Şeltondur.