- Offside
- 23:02 25.07.2026
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə növbəti beynəlxalq turnirdə mübarizəyə başlayıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyası məlumat yayıb.
Bildirilib ki, milli komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə Qazaxıstanın Almatı şəhərinə yollanan istedadlı idmançı "WTT Youth Contender" turnirində qüvvəsini sınayır.
Bu gün start götürən beynəlxalq yarışa iyulun 27-də yekun vurulacaq.
Qeyd edək ki, Onur Quluzadə qısa müddət əvvəl Portuqaliyada keçirilən stolüstü tennis üzrə Avropa çempionatında uğurlu çıxış edərək bürünc medal qazanmışdı.