26 iyul 2026. Bazar günü

"Neftçi" İdman Klubu yeni loqosunu təqdim etdi


  • Offside
  • 16:09 24.07.2026
  • Oxunma sayı: 34
"Neftçi" İdman Klubu yeni loqosunu təqdim etdi

"Neftçi" İdman Klubu yeni korporativ loqosunu ictimaiyyətə təqdim edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın ən köklü idman təşkilatlarından biri olan "Neftçi"nin yeni emblemi klubun tarixi irsini və müasir vizual kimliyini özündə birləşdirir.

Ənənəvi ağ-qara rənglərdə hazırlanan loqonun mərkəzində klubun ilk rəmzinin konturları, adının baş hərfi və neft buruqları əks olunub. Emblemin yuxarı hissəsində "NEFTÇİ" İdman Klubunun adı, aşağı hissəsində isə yaranma tarixi olan 1937 rəqəmi yer alıb.

Klubdan bildirilib ki, yeni loqo "Neftçi"nin zəngin tarixi irsini qorumaqla yanaşı, onun müasir və rəsmi brend kimliyini də özündə əks etdirir.







Offside