- Offside
- 23:02 25.07.2026
Azərbaycan boccia millisi Misirin paytaxtı Qahirədə keçiriləcək Çellencer turnirində qüvvəsini sınayacaq.
90deqiqe.Az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, beynəlxalq yarışda Azərbaycanı üç idmançı təmsil edəcək. Sona Ağayeva və Orxan Kərimov BC2 kateqoriyasında, Zaur Veysəlov isə BC4 kateqoriyasında mübarizə aparacaq.
İyulun 25-dən 31-dək təşkil olunacaq turnir idmançılar üçün mühüm əhəmiyyət daşıyır. Belə ki, yarışın nəticələri "Los-Anceles-2028" Yay Paralimpiya Oyunlarına vəsiqə qazandıran reytinq xallarının hesablanmasına təsir edəcək.
Qeyd edək ki, Qahirədə keçiriləcək Çellencer turniri dünyanın müxtəlif ölkələrindən güclü bocciaçıları bir araya gətirəcək.