26 iyul 2026. Bazar günü

"Turan" Azərbaycan millisinin üzvünü transfer etdi


  • Offside
  • 17:34 24.07.2026
  • Oxunma sayı: 42
"Turan" Azərbaycan millisinin üzvünü transfer etdi

"Turan" voleybol komandası heyətini daha bir təcrübəli oyunçu ilə gücləndirib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan millisinin blokçusu Mariya Kirilyuk yeni mövsümdən etibarən "Turan"ın formasını geyinəcək.

Klub voleybolçu ilə bir illik müqavilə imzalayıb.

Mariya Kirilyuk karyerası ərzində Rusiya və Çin çempionatlarında çıxış edərək beynəlxalq təcrübə qazanıb. Təcrübəli blokçu həmçinin uzun illər Azərbaycan milli komandasının uğurları üçün mübarizə aparıb.

Qeyd edək ki, "Turan" yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirərək heyətini gücləndirməyə davam edir.







Offside