- Offside
- 23:02 25.07.2026
Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatında ədaləti qoruyacaq azərbaycanlı hakimlərin adları müəyyənləşib.
90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, iyulun 27-dən avqustun 2-dək Milli Gimnastika Arenasında təşkil olunacaq mundialda Azərbaycanı I-S kateqoriyalı hakim Sədi Quliyev, eləcə də I kateqoriyalı referilər Kamran Əliyev, Əli Babayev və Zaur Şərifov təmsil edəcəklər.
Məlumata görə, dünya çempionatının görüşlərini ümumilikdə 68 hakim idarə edəcək.
Qeyd edək ki, U-17 dünya çempionatı iyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək və müxtəlif ölkələrdən yüzlərlə yeniyetmə güləşçini bir araya gətirəcək.