- Offside
- 23:02 25.07.2026
Azərbaycanın 3x3 basketbol üzrə oğlan və qızlardan ibarət milli komandaları növbəti beynəlxalq yarışda iştirak edəcəklər.
90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, yığmalar Belarusun paytaxtı Minskdə keçiriləcək 3x3 basketbol üzrə "Palova" Milli Liqasının II mərhələsində mübarizə aparmaq üçün sözügedən ölkəyə yollanıblar.
Bu gün start götürəcək turnir iyulun 26-dək davam edəcək. Yarış Azərbaycan milliləri üçün beynəlxalq təcrübənin artırılması və hazırlıq baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, "Palova" Milli Liqasının II mərhələsi Minsk şəhərində təşkil olunur.