- Offside
- 23:02 25.07.2026
18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının B divizionunda ilk qrup qələbəsini əldə edib.
90deqiqe.Az xəbər verir ki, Xorvatiyanın Riyeka və Opatiya şəhərlərində keçirilən turnirin II turunda yığmamız Ukrayna seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşmanın ilk yarısını geridə başa vuran Azərbaycan millisi fasilədən sonra əzmkar oyun nümayiş etdirərək hesabda dönüş edib və rəqibini 77:68 hesabı ilə məğlub edib.
Görüşün ən dəyərli basketbolçusu (MVP) Azərbaycan millisinin üzvü Emanuel Aqbason seçilib. O, matçda 20 xal və 17 ribaundla yadda qalaraq komandasının qələbəsində həlledici rol oynayıb.
Bu nəticə Azərbaycanın U-18 millisinin Avropa çempionatının B divizionunda qazandığı ilk qrup qələbəsi kimi tarixə düşüb.
Qeyd edək ki, millimiz qrup mərhələsində növbəti oyununu iyulun 26-da Bakı vaxtı ilə saat 12:30-da İslandiya yığmasına qarşı keçirəcək.