26 iyul 2026. Bazar günü

Azərbaycan karateçiləri dünya çempionatında dörd medal qazandılar


  • Offside
  • 17:00 25.07.2026
  • Oxunma sayı: 38
Azərbaycan karateçiləri dünya çempionatında dörd medal qazandılar

Rumıniyada keçirilən WUKF-in 14-cü dünya çempionatında iştirak edən Azərbaycanın ənənəvi karate üzrə milli komandası uğurlu çıxışı ilə yadda qalıb.

90deqiqe.Azz xəbər verir ki, yığmamız yarışın ilk günündə iki qızıl medal qazanıb.

Belə ki, komandanın üzvü Salman Salmanov gənclər arasında kata yarışında bütün rəqiblərini üstələyərək dünya çempionu olub və aktivinə iki qızıl medal yazdırıb.

Çempionatın növbəti yarış günündə isə Azərbaycan millisinin daha iki idmançısı fəxri kürsüyə yüksəlib. Alışan Əzizov gənclər (18–20 yaş) arasında kumite yarışında bürünc medal qazanıb. Yeniyetmələr (14–15 yaş) arasında mübarizə aparan Anar Əlizadə də kumite üzrə üçüncü yeri tutaraq bürünc mükafata sahib çıxıb.

Bununla da Azərbaycan yığması WUKF-in 14-cü dünya çempionatında indiyədək 2 qızıl və 2 bürünc medal əldə edib.

Qeyd edək ki, milli komanda yarışa ənənəvi karate üslubunun rəhbəri, 8-ci Dan qara kəmər sahibi Əhməd Əfəndi və baş məşqçi Bəhram Hətəmovun rəhbərliyi altında hazırlaşıb.







Offside