- Offside
- 23:02 25.07.2026
Qazaxıstanlı tennisçi Aleksandr Bublik Avstriyanın Kitzbüel şəhərində keçirilən ATP-250 turnirinin qalibi adını qoruya bilməyib.
90deqiqe.Az xəbər verir ki, dünya reytinqində 11-ci pillədə qərarlaşan Bublik final görüşündə ATP sıralamasında 83-cü yerdə olan fransalı Kanten Alisə məğlub olub.
1 saat 34 dəqiqə davam edən qarşılaşma Alisin 6:4, 7:6 (8:6) hesablı qələbəsi ilə yekunlaşıb.
Matç ərzində Aleksandr Bublik altı eys vurub, bir cüt səhvə yol verib və rəqibin servisində heç bir breyk imkanı qazana bilməyib.
Kanten Alis isə 17 eyslə yadda qalıb, üç cüt səhv etsə də, qazandığı altı breyk fürsətindən birini uğurla reallaşdırıb.
Qeyd edək ki, 29 yaşlı fransalı tennisçi üçün Kitzbüeldə qazanılan bu çempionluq ATP səviyyəsində karyerasının ilk titulu olub.