- Offside
- 23:02 25.07.2026
Çexiyanın paytaxtı Praqada keçirilən WTA-250 turnirində ev sahibi Barbora Kreyçikova yarımfinal mərhələsində mübarizəni dayandırıb.
90deqiqe.Az xəbər verir ki, dünya reytinqində 26-cı pillədə qərarlaşan, "Böyük Dəbilqə" turnirlərinin ikiqat qalibi olan çex tennisçi reytinqin 74-cü pilləsində yer alan avstriyalı Lilli Taggerə uduzub.
2 saat 52 dəqiqə davam edən gərgin qarşılaşma Taggerin 6:7 (5:7), 6:3, 7:6 (7:4) hesablı qələbəsi ilə başa çatıb.
Kreyçikova matç ərzində yeddi eys vurub, doqquz cüt səhvə yol verib və qazandığı üç breyk imkanından ikisini dəyərləndirib.
Lilli Tagger isə 11 eyslə yadda qalıb, iki cüt səhv edib və doqquz breyk fürsətindən üçünü uğurla reallaşdırıb.
Beləliklə, avstriyalı tennisçi finalda dünya reytinqinin 54-cü pilləsində qərarlaşan ukraynalı Dariya Sniqurla üz-üzə gələcək.
Qeyd edək ki, Praqada keçirilən WTA-250 turniri iyulun 20-dən 26-dək davam edir.