26 iyul 2026. Bazar günü

Türkiyə millisi Çini darmadağın edərək VNL-də finala yüksəldi


  • Offside
  • 23:02 25.07.2026
  • Oxunma sayı: 60
Türkiyə millisi Çini darmadağın edərək VNL-də finala yüksəldi

Türkiyə qadın voleybol millisi 2026-cı il FIVB Millətlər Liqasının (VNL) yarımfinalında Çin yığmasını inamlı hesabla məğlub edərək finala vəsiqə qazanıb.

90deqiqe.Az xəbər verir ki, Çinin Makao Xüsusi İnzibati Bölgəsində yerləşən "East Asian Games Dome" arenasında keçirilən qarşılaşmada "Filenin Sultanları" rəqibini 3:0 (25:21, 25:15, 25:20) hesabı ilə üstələyib.

Beləliklə, Türkiyə millisi tarixində üçüncü dəfə VNL-in finalında çıxış etmək hüququ əldə edib. Ay-ulduzlular daha əvvəl 2018 və 2023-cü illərdə də həlledici mərhələyə yüksəlmişdi.

İkinci çempionluq hədəfi

2018-ci ildən keçirilən Millətlər Liqasının final mərhələsində ardıcıl səkkizinci dəfə mübarizə aparan Türkiyə yığması ikinci çempionluğunu qazanmağa çalışacaq.

Türkiyə millisi 2023-cü ildə finalda məhz Çini məğlub edərək tarixində ilk VNL çempionluğunu qazanmışdı. Komanda 2018-ci ildə ABŞ-yə uduzaraq gümüş medalla kifayətlənmişdi.

Bu nəticə ilə Türkiyə yığması turnirdə tarixinin dördüncü medalını da təmin edib. Komandanın aktivində hazırda bir qızıl, bir gümüş və bir bürünc medal var. 2026-cı il turnirində isə kolleksiya ya ikinci qızıl, ya da ikinci gümüş medalla zənginləşəcək.

Finalda rəqib Braziliyadır

Türkiyə millisi finalda dünya reytinqində ikinci pillədə qərarlaşan Braziliya ilə qarşılaşacaq.

Qızıl medal uğrunda görüş sabah Bakı vaxtı ilə saat 14:30-da keçiriləcək.

Türkiyə yığması ötən il keçirilən VNL-də Braziliyaya 1:3 hesabı ilə uduzub. Həmçinin 2024-cü il Olimpiya Oyunlarının bürünc medal uğrunda oyununda da eyni hesabla məğlub olub. Ay-ulduzlular finalda həmin məğlubiyyətlərin əvəzini çıxmağa çalışacaq.

Qeyd edək ki, Braziliya VNL tarixində dörd dəfə finalda uduzub və beşinci finalında ilk çempionluğunu qazanmağı hədəfləyir.







Offside