26 iyul 2026. Bazar günü

Azərbaycanın U-18 millisi Avropa çempionatında İslandiyaya uduzdu


  • Offside
  • 14:25 26.07.2026
  • Oxunma sayı: 36
Azərbaycanın U-18 millisi Avropa çempionatında İslandiyaya uduzdu

Azərbaycanın basketbol üzrə 18 yaşadək oğlanlardan ibarət milli komandası Avropa çempionatının B divizionunda növbəti oyununa çıxıb.

90deqiqe.Az xəbər verir ki, Xorvatiyada keçirilən qitə birinciliyinin qrup mərhələsində yığmamız İslandiya seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma rəqib komandanın 95:56 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da Azərbaycan millisi turnirdə ikinci məğlubiyyətini alıb. Komanda daha əvvəl Polşa yığmasına 60:70 hesabı ilə uduzub, Ukrayna seçməsini isə 77:68 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycanın U-18 millisi qrup mərhələsində növbəti oyununu iyulun 28-də Bakı vaxtı ilə saat 12:30-da Portuqaliya yığmasına qarşı keçirəcək.







Offside