26 iyul 2026. Bazar günü

Avropa Cüdo Ümidləri Turnirində U-14 yarışlarına yekun vuruldu


  • Offside
  • 14:32 26.07.2026
  • Oxunma sayı: 42
Avropa Cüdo Ümidləri Turnirində U-14 yarışlarına yekun vuruldu

Abşeron Olimpiya İdman Kompleksində keçirilən Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyası üzrə mübarizəyə yekun vurulub.

90deqiqe.Az xəbər verir ki, yarışın son günündə oğlan və qız cüdoçular ümumilikdə səkkiz çəki dərəcəsində tatami üzərinə çıxaraq qalibləri müəyyənləşdiriblər.

Qızların yarışında 38 kq çəki dərəcəsində Səma Abdullazadə, 40 kq-da Mehparə Həsrətzadə, 44 kq-da Türkiyəni təmsil edən Halide Özcan, 48 kq-da isə Ayla Məmmədli qızıl medala sahib çıxıblar.

Oğlanların mübarizəsində isə 38 kq-da Zöhrab Sayadzadə, 42 kq-da Bəxtiyar Cəbrayıllı, 46 kq-da Zahid Hüseynzadə və 50 kq-da Əli Qurbanlı fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, Avropa Cüdo Ümidləri Turnirində 10 ölkədən 81 klubun 289 cüdoçusu mübarizə aparıb.







Offside