- Offside
- 15:25 26.07.2026
Azərbaycan avarçəkənləri İtaliyanın Vareze şəhərində keçiriləcək akademik avarçəkmə üzrə Avropa çempionatında çıxış edəcəklər.
90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyası məlumat yayıb.
Bildirilib ki, iyulun 31-dən avqustun 2-dək təşkil olunacaq qitə çempionatında Azərbaycanı iki idmançı təmsil edəcək. Ziya Məmmədzadə və Nurlan Paşayev yüngül çəkidə ikinəfərlik akademik avarçəkmə qayığında medal uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, milli komandanın yarışdakı nümayəndə heyətinə Azərbaycan Su İdman Növləri Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev rəhbərlik edəcək.