- Offside
- 18:55 26.07.2026
Azərbaycanın kayak və kanoe üzrə milli komandasının üzvü Tatyana Smilovenko Macarıstanda keçirilən gənclər və 23 yaşadək idmançılar arasında Avropa çempionatında uğurlu çıxışı ilə yadda qalıb.
90deqiqe.Az-ın məlumatına görə, iyulun 23-26-da Seqed şəhərində təşkil olunan qitə birinciliyində çıxış edən avarçəkən 500 metr məsafəyə birnəfərlik kanoe qayığında A finalına vəsiqə qazanıb. Həlledici yürüşdə finiş xəttini ikinci keçən Tatyana Smilovenko gümüş medala sahib çıxıb.
Bu, idmançının Azərbaycan milli komandasının heyətində Avropa çempionatlarında qazandığı ikinci medal olub.
Qeyd edək ki, Tatyana Smilovenko ötən il Rumıniyanın Piteşti şəhərində keçirilən 23 yaşadək idmançılar arasında Avropa çempionatında bürünc medal qazanmışdı.