- Offside
- 19:12 26.07.2026
Bakıda keçirilən Avropa Cüdo Ümidləri Turniri başa çatıb.
90deqiqe.Az xəbər verir ki, yarışın son günündə U-16 yaş kateqoriyası üzrə qaliblər və mükafatçılar müəyyənləşib.
Turnirin həlledici yarış günündə oğlanlar arasında beş, qızlar arasında isə üç çəki dərəcəsində medal uğrunda mübarizə aparılıb. Azərbaycan cüdoçuları bir sıra çəki dərəcələrində uğurlu çıxış edərək fəxri kürsüyə yüksəliblər.
Qızların 57 kq çəki dərəcəsində Nuray Nağıyeva gümüş, Naziləzəhra Rüstəmli isə bürünc medal qazanıb. 63 kq-da Əfsanə Salmanlı qızıl, Səkinə Paşayeva gümüş medala sahib çıxıb. 70 kq çəki dərəcəsində isə Zümrüd Əliyeva çempion olub, Dəniz Əlizadə ikinci, İmamə Rəcəbli isə üçüncü yeri tutub.
Oğlanların yarışında 66 kq-da Yusif Şahverdili qızıl, Nuru Sadıqzadə gümüş, Fərhad Quliyev və Abdulla Salam bürünc medal əldə ediblər. 73 kq-da Aqşin Bayramov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Ayan Mahmud ikinci, Cahid Bayramlı və İsmayıl Həsənli isə üçüncü yeri tutublar.
81 kq çəki dərəcəsində İslam İbraqimov qalib olub. Saladdin Əlismanov gümüş, Asif Şükürov və Tuncay Ağazadə bürünc medal qazanıblar. 90 kq-da Musa Kəramətzadə qızıl, Rauf Şamilov gümüş, Kamran Hacıyev isə bürünc medala layiq görülüb. +90 kq çəki dərəcəsində isə Qəzənfər Murad və Baxış Əhmədov bürünc medalla kifayətləniblər.
Qeyd edək ki, Avropa Cüdo Ümidləri Turnirində U-14 və U-16 yaş kateqoriyaları üzrə 10 ölkədən 81 klubu təmsil edən 289 cüdoçu mübarizə aparıb.