26 iyul 2026. Bazar günü

Türkiyə Millətlər Liqasının qalibi oldu


  • Offside
  • 18:51 26.07.2026
  • Oxunma sayı: 37
Türkiyə Millətlər Liqasının qalibi oldu

Türkiyə qadın voleybol millisi 2026-cı il Millətlər Liqasının qalibi adını qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, Makao şəhərində keçirilən final görüşündə türkiyəli voleybolçular Braziliya yığmasını 3:1 (23:25, 25:23, 26:24, 25:21) hesabı ilə məğlub ediblər.

Finalın ən məhsuldar oyunçusu Melisa Varqas olub. Ulduz voleybolçu qarşılaşmada 33 xal toplayıb. O, hücumda 27, eyslərdən üç, bloklardan isə daha üç xal qazanaraq komandasının qələbəsində əsas pay sahibi olub.

Turnirin üçüncü yer uğrunda görüşündə isə İtaliya millisi Çinə 3:1 (25:16, 23:25, 25:22, 25:13) hesabı ilə qalib gələrək bürünc medallara sahib çıxıb.

Qeyd edək ki, bu, Türkiyə millisinin qadınlar arasında Millətlər Liqasındakı ikinci çempionluğu olub. Komanda ilk dəfə 2023-cü ildə bu titulu qazanmışdı.

Braziliya isə tarixində beşinci dəfə finala yüksəlsə də, həlledici görüşlərin heç birində çempion ola bilməyib.

Xatırladaq ki, Millətlər Liqasının ötənilki qalibi İtaliya millisi olmuşdu. İtaliyalılar 2025-ci ilin finalında Braziliyanı 3:1 hesabı ilə məğlub edərək kuboku başı üzərinə qaldırmışdı.







Offside