26 iyul 2026. Bazar günü

“Vugar Gashimov Open 2026” beynəlxalq turnirinə start verildi


  • Offside
  • 16:50 26.07.2026
  • Oxunma sayı: 41
“Vugar Gashimov Open 2026” beynəlxalq turnirinə start verildi

“Azərbaycan Şahmat Turu” çərçivəsində təşkil olunan və görkəmli qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilən “Vugar Gashimov Open 2026” beynəlxalq şahmat turnirinin açılış mərasimi keçirilib.

90deqiqe.Az xəbər verir ki, mərasimdə turnirin əhəmiyyəti vurğulanıb, Vüqar Həşimovun dünya şahmatına verdiyi töhfələrdən, eləcə də Azərbaycan şahmat məktəbinin inkişafındakı müstəsna xidmətlərindən bəhs olunub.

Bildirilib ki, yarış müxtəlif yaş qruplarını təmsil edən şahmatçıları bir araya gətirir. Turnirin əsas məqsədi Vüqar Həşimovun əziz xatirəsini yaşatmaq, ölkədə şahmatın inkişafına töhfə vermək və gənc nəsildə bu idman növünə marağı daha da artırmaqdır.

Qeyd edək ki, “Vugar Gashimov Open 2026” turniri “Azərbaycan Şahmat Turu”nun növbəti mərhələsi kimi təşkil olunur və yerli şahmatçılarla yanaşı, beynəlxalq iştirakçıları da bir araya gətirir.







Offside