- Offside
- 19:12 26.07.2026
Azərbaycan Deflimpiya Komitəsinin eşitmə məhdudiyyətli karate üzrə milli komandası beynəlxalq yarışlara hazırlıq məqsədilə Xaçmazda təlim-məşq toplanışını davam etdirir.
90deqiqe.Az xəbər verir ki, hazırlıq prosesi eşitmə məhdudiyyətli karateçilərdən ibarət yığmanın baş məşqçisi Seymur Xudaverdiyev və böyüklərdən ibarət karate üzrə Azərbaycan millisinin baş məşqçisi Şahin Atamovun rəhbərliyi altında keçirilir.
Toplanış çərçivəsində milli komandanın üzvləri digər ölkələrin və yerli komandaların idmançıları ilə birgə məşqlərdə iştirak edirlər. Hazırlıq prosesinə Moldovanın "Bars" və "Boqatır", İsrailin "Qardaşov", Rusiyanın "Samuray" idman klublarının təmsilçiləri, eləcə də karate üzrə Azərbaycan millisinin üzvləri cəlb olunub. Ümumilikdə toplanışda 100-ə yaxın idmançı iştirak edir.
Birgə təlim-məşq toplanışının əsas məqsədi karateçilərin fiziki, texniki və taktiki hazırlıq səviyyəsini yüksəltmək, beynəlxalq təcrübələrini artırmaq və onları qarşıdan gələn nüfuzlu yarışlara yüksək səviyyədə hazırlamaqdır.