27 iyul 2026. Bazar ertəsi

Neymarın hərəkəti klubda narazılıq yaratdı


  • Offside
  • 23:40 26.07.2026
  • Oxunma sayı: 38
Neymarın hərəkəti klubda narazılıq yaratdı

Braziliyanın "Santos" klubunun hücumçusu Neymar komanda daxilində baş verdiyi iddia olunan insident səbəbindən gündəmə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Globo" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Braziliya çempionatının son turunda "Şapekoense" ilə 2:2 hesablı heç-heçə edən "Santos"un paltardəyişmə otağında Neymar fasilə zamanı gənc futbolçular Qabriel Bontempo və Joao Aniasiası sərt tənqid edib.

İddialara əsasən, braziliyalı ulduz Bontemponun ünvanına təhqiramiz ifadələr işlədib, müdafiəçi Aniasiasa isə avtoqoldan sonra buraxdığı səhvləri kəskin şəkildə irad tutub.

Klub daxilində hesab olunur ki, Neymar gənc komanda yoldaşlarına qarşı həddindən artıq sərt davranıb. Bununla belə, Bontempo və Aniasiasın nümayəndələri hər hansı münaqişənin yaşanmadığını bildirərək, baş verənləri adi komanda daxili söhbət kimi qiymətləndiriblər.

Qeyd olunur ki, "Santos" rəhbərliyi insidentlə bağlı daxili araşdırma aparmaq qərarına gəlib.







Offside