27 iyul 2026. Bazar ertəsi

51 yaşında yenidən meydana qayıtmağa hazırdır


  • Offside
  • 23:56 26.07.2026
  • Oxunma sayı: 49
51 yaşında yenidən meydana qayıtmağa hazırdır

Argentina futbolunun əfsanələrindən sayılan Xuan Sebastian Veron yenidən yaşıl meydanlara qayıda biləcəyini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə "derbyderbyderby.it" məlumat yayıb.

Hazırda "Estudiantes" klubunun prezidenti olan Veron bildirib ki, komandanın rəsmi azarkeş üzvlərinin sayı 100 minə çatacağı təqdirdə, 51 yaşında rəsmi oyunda meydana çıxmağa razı olacaq.

Qeyd edək ki, bu, Veronun ilk belə vədi deyil. O, 2017-ci ildə 42 yaşında olarkən də oxşar söz vermiş və "Estudiantes"in heyətində Libertadores Kubokunda çıxış etmək üçün futbolçu karyerasını bərpa etmişdi.

Xatırladaq ki, Xuan Sebastian Veron Avropadakı karyerası ərzində İngiltərənin "Mançester Yunayted" və "Çelsi" klublarında, eləcə də İtaliyanın bir sıra aparıcı komandalarında forma geyinib.







Offside