- Offside
- 22:25 27.07.2026
Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo ilk dəfə dramatik serialda rol alacaq.
90deqiqe.Az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Məlumata görə, 41 yaşlı hücumçu Britaniya futbolundan bəhs edən dramatik serialın icraçı prodüseri kimi fəaliyyət göstərəcək. Bununla yanaşı, Ronaldo ekran qarşısına da çıxacaq. Bildirilir ki, serialın çəkilişlərinə artıq başlanılıb.
Serialın süjeti uydurma futbol agentinin ətrafında cərəyan edəcək. Həmin obrazı məşhur britaniyalı aktyor Demien Lyuis canlandıracaq.
Mənbənin yazdığına görə, layihədə dünya futbolunun digər əfsanəsi Tyerri Anri də iştirak edəcək.
"Çox güman ki, bu serialın nümayiş hüquqları uğrunda striminq platformaları arasında ciddi rəqabət yaranacaq", – deyə mənbə bildirib.
Qeyd edək ki, Kriştianu Ronaldo hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun formasını geyinir. Portuqaliyalı futbolçunun klubla müqaviləsinin müddəti 2026/2027 mövsümünün sonunadək qüvvədədir.