16 sentyabr 2026. Çərşənbə

Qadın voleybol millimiz Avropa çempionatına hazırlıq üçün Yunanıstana yollandı


  • Offside
  • 10:23 27.07.2026
  • Oxunma sayı: 133
Qadın voleybol millimiz Avropa çempionatına hazırlıq üçün Yunanıstana yollandı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıq məqsədilə Yunanıstana yollanıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Bildirilib ki, Faiq Qarayevin rəhbərlik etdiyi yığma Afinada təlim-məşq toplanışı keçəcək. Hazırlıq prosesi iyulun 27-dən avqustun 1-dək davam edəcək.

Toplanış çərçivəsində millinin bir neçə yoxlama oyunu keçirməsi də planlaşdırılır. Bu görüşlər komandanın Avropa çempionatı öncəsi hazırlıq səviyyəsinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyacaq.

Qeyd edək ki, Azərbaycan qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun oyunlarına ev sahibliyi edəcək. Millimiz qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə mübarizə aparacaq. C qrupunun oyunları avqustun 21-28-də Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək.







Offside

AFFA-da yeni təyinatlar
  • Offside
  • 22:16 15.09.2026
AFFA-da yeni təyinatlar