- Offside
- 22:25 27.07.2026
Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində keçirilən Dünya Kubokunda uğurlu çıxışı ilə final mərhələsinə vəsiqə qazanıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, təmsilçimiz 50 metr məsafəyə tapançadan qarışıq atəş (P4) növü üzrə təsnifat mərhələsində 534 xal toplayaraq həlledici raunda yüksəlib.
Qeyd edək ki, Novi Sadda bu gün start götürən Dünya Kuboku iyulun 29-dək davam edəcək.