27 iyul 2026. Bazar ertəsi

Bakıda keçirilən mundialda üç güləşçimiz yarımfinala yüksəldi


  • Offside
  • 14:52 27.07.2026
  • Oxunma sayı: 9
Bakıda keçirilən mundialda üç güləşçimiz yarımfinala yüksəldi

Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatında Azərbaycan yığması ilk yarış gününə uğurlu start verib.

90deqiqe.Az xəbər verir ki, yunan-Roma güləşi üzrə mübarizəyə qoşulan milli komandanın üç üzvü yarımfinala vəsiqə qazanıb.

48 kiloqram çəki dərəcəsində çıxış edən Ömər Salmanov, 65 kiloqramda mübarizə aparan Orxan Həbibli və 80 kiloqramda qüvvəsini sınayan İsfahan Həsənov 1/4 final mərhələsində rəqiblərinə qalib gələrək final uğrunda güləşmək hüququ əldə ediblər.

Təmsilçilərimizdən Ömər Salmanov iranlı İsmaili Leivesini, Orxan Həbibli özbəkistanlı Sardor Mahmudovu, İsfahan Həsənov isə türkiyəli Abdulhalik Balını məğlub edərək yarımfinala yüksəlib.

Günün digər görüşlərində Qurban Məcnunov (55 kq) 1/8 finalda, Emin Baxşəliyev (110 kq) isə təsnifat mərhələsində məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən U-17 dünya çempionatına avqustun 2-də yekun vurulacaq.







Offside

"Futbol mənim ailəm oldu"
  • Offside
  • 18:38 27.07.2026
"Futbol mənim ailəm oldu"