27 iyul 2026. Bazar ertəsi

Qadın voleybolçular arasında Avropa çempionatının könüllüləri məlum olub


  • Offside
  • 15:06 27.07.2026
  • Oxunma sayı: 9
Qadın voleybolçular arasında Avropa çempionatının könüllüləri məlum olub

Bakıda baş tutacaq qadın voleybolçular arasında Avropa çempionatı çərçivəsində həyata keçirilən könüllülük proqramına qeydiyyat və seçim prosesi uğurla yekunlaşıb.

Azərbaycan Voleybol Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, proqrama müraciət edən 2000-nə yaxın iştirakçıdan 250-si müsahibə və qiymətləndirmə mərhələlərini uğurla tamamlayaraq turnirin təşkilində könüllü kimi fəaliyyət göstərmək hüququ qazanıb.

Seçilmiş könüllülər qarşıdakı günlərdə təlim proqramlarına cəlb ediləcəklər. Təlimlər zamanı iştirakçılar yarışın təşkili, akkreditasiya, media əməliyyatları, protokol, logistika, tamaşaçı xidmətləri, komanda və qonaqlarla ünsiyyət, eləcə də beynəlxalq idman tədbirlərində tətbiq olunan iş prinsipləri barədə nəzəri və praktiki biliklər əldə edəcəklər.

Qeyd edək ki, qadın voleybolçular arasında Avropa çempionatı 21 avqust - 6 sentyabr tarixlərində Azərbaycan, Türkiyə, Çexiya və İsveçin birgə ev sahibliyi ilə keçiriləcək. Turnirin C qrupunun oyunları avqustun 21-28-də Bakıda Milli Gimnastika Arenasında baş tutacaq.







Offside

"Futbol mənim ailəm oldu"
  • Offside
  • 18:38 27.07.2026
"Futbol mənim ailəm oldu"