28 iyul 2026. Çərşənbə axşamı

"Bakı idman paytaxtı adını uğurlu idman siyasəti sayəsində qazanıb"


  • Offside
  • 17:44 27.07.2026
  • Oxunma sayı: 31
"Bakı idman paytaxtı adını uğurlu idman siyasəti sayəsində qazanıb"

Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatının açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov çıxış edib.

90deqiqe.Az xəbər verir ki, nazir 2026-cı il ərzində Milli Gimnastika Arenasında çoxsaylı beynəlxalq yarışların keçirildiyini və bu prosesin ilin sonunadək davam edəcəyini bildirib.

Fərid Qayıbov dövlət tərəfindən idmana göstərilən diqqətin Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu daha da artırdığını vurğulayıb.

"Bakı bu il dünyanın idman paytaxtı seçilib. Bu adı bizə hədiyyə etməyiblər. Bu, Prezident İlham Əliyevin uğurlu idman siyasətinin nəticəsidir", – deyə nazir bildirib.

O, güləş üzrə U-17 dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, yarışın dünyanın müxtəlif ölkələrindən idmançıları bir araya gətirdiyini söyləyib.

Nazir Azərbaycan güləşçilərinin də turnirdə uğurlu çıxış edəcəyinə inandığını ifadə edib və bütün iştirakçılara mübarizədə uğurlar arzulayıb.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən güləş üzrə U-17 dünya çempionatı avqustun 2-dək davam edəcək.







Offside

"Futbol mənim ailəm oldu"
  • Offside
  • 18:38 27.07.2026
"Futbol mənim ailəm oldu"