27 iyul 2026. Bazar ertəsi

"Azərbaycan beynəlxalq idman yarışları üçün etibarlı məkana çevrilib"


  • Offside
  • 18:00 27.07.2026
  • Oxunma sayı: 35
"Azərbaycan beynəlxalq idman yarışları üçün etibarlı məkana çevrilib"

Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatının açılış mərasimində Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov çıxış edib.

90deqiqe.Az xəbər verir ki, federasiya prezidenti Azərbaycanın mühüm beynəlxalq idman yarışlarına ev sahibliyi etməsinin artıq uğurlu ənənəyə çevrildiyini bildirib.

Mikayıl Cabbarov yarışda iştirak edən milli komandaların üzvlərini, məşqçiləri və federasiya nümayəndələrini Bakıda salamlamaqdan məmnunluğunu ifadə edib.

"Ölkəmiz son illərdə nüfuzlu beynəlxalq idman tədbirlərinin keçirildiyi etibarlı məkana çevrilib. Azərbaycan Güləş Federasiyası Dünya Güləş Birliyi (UWW) ilə sıx və səmərəli əməkdaşlıq edir və bu tərəfdaşlıq gələcəkdə də davam edəcək. Bizə göstərilən etimada görə UWW-yə və qurumun prezidenti Nenad Laloviçə təşəkkür edirəm", – deyə o bildirib.

Federasiya rəhbəri vurğulayıb ki, Azərbaycan beynəlxalq idman aləmində mövqeyini ildən-ilə daha da möhkəmləndirir və Bakıda keçirilən U-17 dünya çempionatı bunun növbəti təsdiqidir.

Mikayıl Cabbarovun sözlərinə görə, dünya çempionatında 60-dan çox ölkədən 700-ə yaxın güləşçi medallar uğrunda mübarizə aparır.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən güləş üzrə U-17 dünya çempionatı avqustun 2-dək davam edəcək.







Offside

"Futbol mənim ailəm oldu"
  • Offside
  • 18:38 27.07.2026
"Futbol mənim ailəm oldu"