27 iyul 2026. Bazar ertəsi

Azərbaycanlı oxatan Avropa çempionatında ilk "altılığ"a düşdü


  • Offside
  • 18:04 27.07.2026
  • Oxunma sayı: 27
Azərbaycanlı oxatan Avropa çempionatında ilk "altılığ"a düşdü

Azərbaycanın kamandan oxatma üzrə gənclərdən ibarət milli komandası İtaliyanın paytaxtı Roma şəhərində keçirilən Avropa çempionatını uğurlu nəticə ilə başa vurub.

90deqiqe.Az xəbər verir ki, 20–26 iyul tarixlərində təşkil olunan mötəbər yarışda Azərbaycan 4 idmançı ilə təmsil olunub. Yığma həm fərdi, həm də qarışıq komanda yarışlarında mübarizə apararaq ölkəsini layiqincə təmsil edib.

Millinin ən uğurlu nəticəsinə Fatimə Hüseynli imza atıb. U-21 yaş kateqoriyasında çıxış edən oxatan gərgin mübarizə şəraitində 1/4 finala qədər irəliləyib.

Avropanın 63 ən güclü oxatanı arasında yarışan Fatimə Hüseynli təsnifat mərhələsində 642 xal toplayaraq ümumi sıralamada 6-cı yeri tutub və turnirin ən yaxşı iştirakçılarından biri kimi yadda qalıb.

Qeyd edək ki, Azərbaycan millisinin Avropa çempionatındakı uğurlu çıxışı gənc idmançılarımızın beynəlxalq arenada rəqabət qabiliyyətinin artdığını bir daha nümayiş etdirib. Federasiya yarışda iştirak edən bütün təmsilçiləri, xüsusilə də Fatimə Hüseynlini uğurlu nəticə münasibətilə təbrik edib və onlara qarşıdakı beynəlxalq turnirlərdə yeni nailiyyətlər arzulayıb.







Offside

"Futbol mənim ailəm oldu"
  • Offside
  • 18:38 27.07.2026
"Futbol mənim ailəm oldu"