- Offside
- 23:54 27.07.2026
Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatında Azərbaycanın daha bir idmançısı finala vəsiqə qazanıb.
90deqiqe.Az xəbər verir ki, yunan-Roma güləşi üzrə 80 kiloqram çəki dərəcəsində mübarizə aparan İsfahan Həsənov yarımfinalda Litva təmsilçisi Benediktas Bubeleviçusu məğlub edərək həlledici görüşə yüksəlib.
Bununla da millimizin heyətində ilk yarış günündə finala çıxan yeganə güləşçi məhz İsfahan Həsənov olub.
Digər yarımfinalçılarımız isə finala yüksələ bilməyiblər. Belə ki, 48 kiloqram çəki dərəcəsində çıxış edən Ömər Salmanov Rusiya təmsilçisi Sultan Yusupova, 65 kiloqramda mübarizə aparan Orxan Həbibli isə Ukrayna güləşçisi İbrahim Nəsibova məğlub olub.
Hər iki idmançımız dünya çempionatında bürünc medal uğrunda təsəlliverici görüşə çıxacaq.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən güləş üzrə U-17 dünya çempionatına avqustun 2-də yekun vurulacaq.