- Offside
- 23:54 27.07.2026
Azərbaycanın paratapança atıcısı Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində keçirilən Dünya Kubokunda növbəti böyük uğuruna imza atıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dünya və Avropa çempionu 50 metr məsafəyə tapançadan qarışıq atəş (P4) növü üzrə final mərhələsində 222 xal toplayaraq bütün rəqiblərini geridə qoyub və qızıl medal qazanıb.
Beləliklə, Kamran Zeynalov Dünya Kubokunun qalibi adını qazanaraq Azərbaycan paratapança atıcılığına növbəti beynəlxalq uğuru qazandırıb.