Yüngül çəki dərəcəsində UFC versiyası üzrə son çempion Həbib Nurməhəmmədovun növbəti rəqibi müəyyənləşib.
Corner.az xəbər verir ki, bunu 31 yaşlı rusiyalı idmançı “Netcast Zone”yə müsahibəsində özü açıqlayıb.
"Böyük ehtimalla rəqibim Toni Ferqyuson olacaq. Çünki başqa rəqib yoxdur. O, bunu haqq edir. Biz döyüşməliyik" - deyə Həbib bildirib.
Qeyd edək ki, Nurməhəmmədov indiyədək UFC-də keçirdiyi 28 döyüşün hamısında qalib gəlib. 35 yaşlı amerikalı Ferqyuson isə 28 döyüşdən 25-də qələbə qazanıb və 3 dəfə uduzub.(qol)