- Offside
- 23:54 27.07.2026
Böyük Britaniyanın tennisçisi Cek Dreyper sol əlindən aldığı zədə səbəbindən ATP-500 kateqoriyalı Vaşinqton turnirində iştirak etməyəcək.
90deqiqe.Az xəbər verir ki, dünya reytinqində 147-ci pillədə qərarlaşan britaniyalı tennisçinin yerini 145-ci sırada olan amerikalı Makkenzi Makdonald tutacaq.
Makdonald turnirdə ilk oyununu iyulun 28-də həmyerlisi Aleks Mikelsenə qarşı keçirəcək.
Qeyd edək ki, Dreyper bundan əvvəl Vaşinqtonda üçqat "Böyük Dəbilqə" çempionu Endi Mürreyin rəhbərliyi altında məşq edərkən görüntülənmişdi.
Britaniyalı tennisçi 2025-ci ilin payızından etibarən əlindən aldığı zədənin bərpası ilə məşğuldur. O, bu il "Australian Open", "Rolan Qarros" və "Uimbldon" turnirlərini də buraxıb.
Dreyperin uzun fasilədən sonra qatıldığı ilk yarış ötən iyun ayında keçirilən ATP-250 kateqoriyalı İstborn turniri olub. O, həmin turnirdə yarımfinala qədər irəliləməyi bacarıb.