- Offside
- 23:54 27.07.2026
İtaliyalı tennisçi Lorenzo Muzetti ATP-500 kateqoriyalı Vaşinqton turnirinin ikinci mərhələsinə vəsiqə qazanıb.
90deqiqe.Az xəbər verir ki, dünya reytinqində 15-ci pillədə qərarlaşan Muzetti ilk turda həmyerlisi, reytinqin 35-ci pilləsində yer alan Matteo Arnaldi ilə qarşılaşıb.
Görüş cəmi 41 dəqiqə davam edib. Muzetti ilk setdə rəqibinə heç bir şans verməyərək 6:0 hesabı ilə qalib gəlib. İkinci setdə hesab 3:1 olarkən Arnaldi zədə səbəbindən mübarizəni dayandırıb.
Matç ərzində Arnaldi üç eys edib və iki cüt səhvə yol verib. Muzetti isə üç eyslə yadda qalıb, cüt səhv etməyib və qazandığı yeddi breyk imkanından dördünü reallaşdırıb.
İkinci mərhələdə Lorenzo Muzetti ABŞ təmsilçisi Zakari Svayda ilə avstraliyalı Aleksandar Vukiç arasında keçiriləcək görüşün qalibi ilə qarşılaşacaq.