28 iyul 2026. Çərşənbə axşamı

Dövlət qurumlarının əməkdaşları arasında stend atıcılığı üzrə yarış keçirildi


  • Offside
  • 11:32 28.07.2026
  • Oxunma sayı: 36
Dövlət qurumlarının əməkdaşları arasında stend atıcılığı üzrə yarış keçirildi

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında stend atıcılığı üzrə yarış təşkil olunub.

90deqiqe.Az xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda 12 dövlət qurumunu təmsil edən 28 iştirakçı qalib adı uğrunda mübarizə aparıb.

Yekun nəticələrə əsasən, qadınların yarışında Gənclər və İdman Nazirliyinin əməkdaşı İlahə Çələbiyeva birinci yerə layiq görülüb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Mələkxanım Məmmədova ikinci, Aynur Məmmədova isə üçüncü pillədə qərarlaşıblar.

Kişilər arasında isə SOCAR-ın nümayəndəsi Röyal Allahverdiyev bütün rəqiblərini qabaqlayaraq yarışın qalibi olub. Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Tural Həsənli ikinci, Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Əsəd Müftəliyev isə üçüncü yeri tutub.

Yarış dövlət qurumlarının əməkdaşları arasında idmanın təbliği, sağlam həyat tərzinin təşviqi və stend atıcılığına marağın artırılması məqsədilə təşkil olunub.







Offside