28 iyul 2026. Çərşənbə axşamı

"LANDAU Lions" Azərbaycan millisinin üzvü ilə müqaviləni yenilədi


  • Offside
  • 12:34 28.07.2026
  • Oxunma sayı: 39
"LANDAU Lions" Azərbaycan millisinin üzvü ilə müqaviləni yenilədi

"LANDAU Lions" heyətinin aparıcı basketbolçularından biri, Azərbaycan millisinin üzvü Saadettin Donatla müqavilənin müddətini uzadıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında əldə olunan razılığa əsasən, təcrübəli basketbolçu daha bir mövsüm Bakı təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, "LANDAU Lions" daha əvvəl amerikalı Ceyms Freyzerlə ikiillik, Orelik Gediminas və De Ondre Ceksonla isə birillik yeni müqavilə imzalayıb.

Paytaxt təmsilçisi FIBA Çempionlar Liqasının yeni mövsümünə hazırlıq çərçivəsində avqust ayının ilk həftəsinin son günlərində bir araya gələrək məşqlərə başlayacaq.







Offside