28 iyul 2026. Çərşənbə axşamı

U-18 basketbol millimizdən möhtəşəm geridönüş


  • Offside
  • 14:53 28.07.2026
  • Oxunma sayı: 35
U-18 basketbol millimizdən möhtəşəm geridönüş

Azərbaycanın 18 yaşadək oğlan basketbolçulardan ibarət milli komandası Avropa çempionatının B divizionunda növbəti qələbəsini qazanıb.

90deqiqe.Az xəbər verir ki, Xorvatiyanın Riyeka və Opatiya şəhərlərində keçirilən yarışda yığmamız qrup mərhələsinin dördüncü turunda Portuqaliya seçməsi ilə qarşılaşıb.

Görüşün ilk hissəsini məğlub başa vuran Azərbaycan millisi ikinci yarıda əzmkar oyun nümayiş etdirərək 52:50 hesabı ilə qalib gəlib.

Qarşılaşmada ən yaxşı oyunçu Azərbaycan millisinin üzvü Emanuel Aqbason seçilib. O, 18 xal toplayıb və 12 ribaundla komandasının qələbəsinə mühüm töhfə verib.

Bu nəticədən sonra aktivində 2 qələbə və 2 məğlubiyyət olan Azərbaycan millisi qrupda üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, yığmamız qrup mərhələsində son oyununu iyulun 29-da keçirəcək. Komandamız Bakı vaxtı ilə saat 20:00-da Çexiya seçməsi ilə üz-üzə gələcək.







Offside