- Offside
- 22:05 28.07.2026
Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibli Bakıda keçirilən U-17 dünya çempionatında fəxri kürsüyə yüksəlib.
90deqiqe.Az xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medal uğrunda görüşdə hindistanlı Kunal Daqalı məğlub edib. Qarşılaşma Orxan Həbiblinin 7:5 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da Azərbaycan yığması yunan-Roma güləşində mundialda ikinci medalını qazanıb. Daha əvvəl Ömər Salmanov (48 kiloqram) yarışda üçüncü yeri tutub.
Qeyd edək ki, bu gün Azərbaycan millisinin digər üzvü İsfahan Həsənov (80 kiloqram) qızıl medal uğrunda mübarizəyə çıxacaq.
Milli Gimnastika Arenasında təşkil olunan U-17 dünya çempionatında 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan yarışda 29 idmançı ilə təmsil olunur.