- Offside
- 22:05 28.07.2026
Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazanıb.
90deqiqe.Az xəbər verir ki, 80 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı final görüşündə İran təmsilçisi Rezai Hasana uduzaraq mundialı ikinci pillədə başa vurub.
Bununla da Azərbaycan yığması yarışda üçüncü medalını əldə edib. Daha əvvəl Ömər Salmanov (48 kiloqram) və Orxan Həbibli (65 kiloqram) bürünc medala sahib çıxıblar.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan U-17 dünya çempionatında 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan yarışda 29 idmançı ilə təmsil olunur.