28 iyul 2026. Çərşənbə axşamı

Bakıda kamandan oxatma üzrə ölkə çempionatı və kubok yarışı keçiriləcək


  • Offside
  • 16:03 28.07.2026
  • Oxunma sayı: 27
Bakıda kamandan oxatma üzrə ölkə çempionatı və kubok yarışı keçiriləcək

Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə avqust ayında ölkə çempionatı və kubok yarışı təşkil olunacaq.

Federasiyadan 90deqiqe.Az-a verilən məlumata görə, avqustun 7-9-da Binə Atçılıq Mərkəzində keçiriləcək yarışda 50-yə yaxın idmançı iştirak edəcək.

Turnirdə idmançılar müxtəlif yaş kateqoriyalarında qüvvələrini sınayacaqlar. Belə ki, U-15 yaş qrupunda 40 metr, U-18 kateqoriyasında 60 metr, böyüklər arasında isə 70 metr məsafədən hədəfə atışlar həyata keçiriləcək.

Yarış proqramına əsasən, avqustun 7-də iştirakçılar sınaq atışları və məşqlərdə iştirak edəcəklər. Avqustun 8-də təsnifat və seçmə mərhələlər keçiriləcək, qaliblərin müəyyənləşəcəyi final görüşləri isə avqustun 9-da baş tutacaq.

Qeyd edək ki, yarışın sonunda fərqlənən idmançılar medal, diplom və Azərbaycan Kamandan Oxatma Federasiyasının xüsusi mükafatları ilə təltif olunacaqlar.







Offside