- Offside
- 22:05 28.07.2026
“Şəmkir” Peşəkar Futbol Klubu yenilənmiş loqosunu ictimaiyyətə təqdim edib.
90deqiqe.Az xəbər verir ki, yeni emblem şəhərin tarixi simvollarını və komandanın gələcək hədəflərini özündə əks etdirən müasir dizayn konsepsiyası əsasında hazırlanıb.
Bildirilib ki, loqodakı dəyişiklik klubun ənənəvi dəyərlərinə, idman prinsiplərinə və mübarizə ruhuna sadiqliyini qorumaqla yanaşı, yeni inkişaf mərhələsinin başlanğıcını simvolizə edir.
“Şəmkir” PFK-dan qeyd olunub ki, yenilənmiş vizual kimlik klubun qarşıdakı dövrdə daha böyük uğurlar qazanmaq istiqamətində atdığı addımlardan biridir.
Klub rəhbərliyi azarkeşləri yeni mərhələdə komandaya dəstək olmağa çağırıb.